Главная > Manset / Cəmiyyət > Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq


22-04-2025, 17:11. Разместил: azadses
Naxçıvan şəhərinin bəzi yerlərində aprelin 22-də içməli suyun verilişi dayandırılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərində magistral su kəmərinin üzərində olan təzyiq qırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar 56, 58, H.Rəhmanov, Ə.Qəmküsar, Babək məhəllələrində, Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan və Hacıniyyət kəndlərində suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün saat 10:00-dan başlayacaq və gün ərzində yekunlaşdırılacaq.


Вернуться назад