Главная > Manset / İdman > "Formula 1" Meksika Qran-prisi ilə bağlı müqavilə müddətini uzadıb

"Formula 1" Meksika Qran-prisi ilə bağlı müqavilə müddətini uzadıb


1-05-2025, 13:08. Разместил: azadses
"Formula 1" Meksika Qran-prisinin keçirilməsi ilə bağlı müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş direktor Stefano Domenikali açıqlayıb.

Qeyd edək ki, Meksika Qran-prisi 2015-ci ildə təqvimə qayıdıb. Bundan əvvəl, 1992-ci ilə qədər hazırkı trasda yarışlar keçirilirdi. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonuna qədər idi.

Qeyd edək ki, Meksika Qran-prisi bu il oktyabrın 24-dən 26-na qədər keçiriləcək. Bakıdakı mərhələ isə 19-21 sentyabrda təşkil olunacaq.


Вернуться назад