Главная > Manset / Dünya > KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilər
KİV: Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan edə bilərDünən, 14:00. Разместил: azadses |
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Böyük Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən bildirib. Bu, Vaşinqtonun gömrük rüsumlarının tətbiqindən sonra bağladığı ilk ticarət sazişi olacaq. ABŞ və Böyük Britaniya arasındakı razılaşmanın təfərrüatları hələlik bəlli deyil. NYT ehtimal edir ki, tərəflər əvvəlcə çərçivə sazişi barədə elan edəcək, sonra isə sazişin yekun şərtləri üzərində işləməyə davam edəcəklər. Вернуться назад |