Главная > Manset / İqtisadiyyat > AZPROMO bu il azərbaycanlı sahibkarların iştirak edəcəyi sərgiləri açıqlayıb
AZPROMO bu il azərbaycanlı sahibkarların iştirak edəcəyi sərgiləri açıqlayıb13-05-2025, 18:10. Разместил: azadses |
Hazırda yerli şirkətlər vahid ölkə stendi ilə Ər-Riyad şəhərində “Saudi Food Expo 2025”də iştirak edir, sabahdan isə Kazanda keçirilən “Russia – Halal Expo 2025”də ixracatçılarımızın iştirakı təmin olunacaq. "Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Caspian Agro" və "InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib. Onun sözlərinə görə, 2025-ci ildə “WorldFood Moscow-2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır: “Yerli sərgilərdə isə oktyabr ayında keçiriləcək 5-ci “Rebuild Karabakh”da iştirakımız nəzərdə tutulur. Bugünkü “InterFood” sərgisinə də AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 8 şirkət təmsil olunur. Əminəm ki, builki sərgilər faydalı tərəfdaşlıqlar və maraqlı təşəbbüslərlə yadda qalacaq". Вернуться назад |