Главная > Manset / Cəmiyyət > Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb14-05-2025, 14:43. Разместил: azadses |
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 38 milyon manat olub. "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 1 milyard 357,2 milyon manat təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,1 % artaraq 72,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 55,2 milyon manata çatıb. Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,8 % artaraq 355,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 % artaraq 251,1 milyon manat olub. Вернуться назад |