Главная > Manset / Siyasət > Deputat: "Pay torpaqlarında tikilmiş evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir"
Deputat: "Pay torpaqlarında tikilmiş evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir"Dünən, 08:54. Разместил: azadses |
Azərbaycanda bir zamanlar pay torpaqlarında evlər inşa edilib və hazırda bu evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir. “Report” xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib. “Qısamüddətli və uzunmüddətli icarəyə verilən torpaqlardan istifadə olunması, pay torpaqlarında evlərin tikilməsi məsələsinin müzakirəsinə ehtiyac duyulur. Pay torpaqlarında evlər tikilib və ciddi problemlər yaradır. Məsələn, valideyn 30 il qabaq pay torpağı alıb və orda ev tikib. Amma valideyn öləndən sonra vərəsələr bunu bölə bilmirlər. Bu məsələ müzakirə edilməli və həll olunmalıdır”, - o vurğulayıb. Вернуться назад |