Главная > Manset / İqtisadiyyat > Azərbaycandan turist axını 1 % artıb
Azərbaycandan turist axını 1 % artıbDünən, 14:00. Разместил: azadses |
Bu ilin yanvar-aprel ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % artaraq 632,7 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 %, Gürcüstana gedənlərin sayı 20,4 % artıb, Türkiyəyə gedənlərin sayı 6,3 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 % azalıb. Hesabat dövründə Azərbaycan vətəndaşlarının 36,1 %-i Türkiyəyə, 16,1 %-i Rusiyaya, 11,1 %-i Gürcüstana, 11 %-i İrana, 25,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,9 %0ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib. Вернуться назад |