Главная > Manset / Dünya > İspaniyada dərəyə böyük daş atan turisti 200 min avro cərimə gözləyir

İspaniyada dərəyə böyük daş atan turisti 200 min avro cərimə gözləyir


Dünən, 15:41. Разместил: azadses
İspaniyada Pikos-de-Europa Milli Parkında qayalıq ərazidən böyük daşı dərəyə atan turisti 5 001 avrodan 200 min avroyadək (təxminən 9 500 manatdan 383 min manatadək - red.) cərimə gözləyir.

Bu barədə Oxu.Az "La Vanguardia" nəşrinə istinadla xəbər verir.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlandıqdan sonra polis araşdırmalara başlayıb.

Bildirilib ki, adıçəkilən populyar milli parkda ətraf mühitə zərər vurmaq ciddi qanun pozuntusu kimi qiymətləndirilir.

Belə irihəcmli daşların dərəyə atılması təhlükəli sayılır və ciddi cərimə ilə nəticələnə bilər.


Вернуться назад