Главная > Manset / Mədəniyyət > Möminə xatun türbəsi bərpa olunacaq

Möminə xatun türbəsi bərpa olunacaq


Bu gün, 08:00. Разместил: azadses
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.


Вернуться назад