Главная > Manset / Cəmiyyət > Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub22-05-2025, 15:42. Разместил: azadses |
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30-dan çox şəxs müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: "Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub". Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək. Axırıncı qrup isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib. Вернуться назад |