Главная > Manset / Dünya > ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb

ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb


Bu gün, 12:11. Разместил: azadses
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı əvvəllər qadağan edilmiş əməliyyatları rəsmi olaraq icazə verən ümumi lisenziya verib.

“Report” xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

Beləliklə, “Syrian Air” aviaşirkəti, “Sytrol” neft şirkəti, Suriya Mərkəzi Bankı, bir neçə neft-qaz şirkəti və digər təşkilatlar sanksiyalardan azad edilib.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio həmçinin ölkənin sabit bərpasını təmin etmək üçün Suriyaya qarşı 180 günlük sanksiyalardan imtina haqqında fərman imzalamışdı.


Вернуться назад