Главная > Manset / Dünya > Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdır

Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdır


Bu gün, 11:19. Разместил: azadses
Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları onların maliyyə vəziyyətinə mənfi təsir edib.

"Report" xəbər verir ki, bunu "The Harris Poll" tədqiqat xidmətinin “Bloomberg” agentliyi üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 56 %-i hesab edir ki, Trampın tarif siyasəti olmasaydı, ailə büdcəsi daha yaxşı olardı. Respondentlərin 52 %-i hesab edir ki, ABŞ hökumətinin vəd etdiyi gələcək faydalar mövcud iqtisadi problemlərə dəyməz. Amerikalıların 69 %-i tariflər nəticəsində qiymətlərin artacağını gözlədiklərini bildirib.

Sorğu mayın 8-10-da keçirilib və 2 000-dən çox amerikalı iştirak edib.


Вернуться назад