Главная > Manset / İdman > Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər
Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər29-05-2025, 13:04. Разместил: azadses |
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər. "Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir vi, indiyədək 16 mütəxəssis belə uğura imza atıb. Cari mövsümün həlledici matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər. Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir. Azərbaycan Kubokunu qazanan baş məşqçilər 1. Qurban Qurbanov - 6 2. Mehman Allahverdiyev - 4 3. Agasəlim Mircavadov - 3 4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2 8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev - 1. Вернуться назад |