Главная > Manset / Cəmiyyət > Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir2-06-2025, 15:44. Разместил: azadses |
Azərbaycan xalqı uzun müddət münaqişə, müharibə şəraitində yaşayıb. Bu gün də insanlar, uşaqlar partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən "Mənim səsim, mənim hüquqlarım" adlı konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün bütün səylərini ortaya qoyub. "2026-2030-cu illər üçün Uşaq hüquqlarının qorunması ilə bağlı Milli Fəaliyyət planının hazırlanması üzərində iş gedir. Həmçinin, Ailə konsepsiyası sənədinin və "Uşaq hüquqları haqqında" qanunun da yenidən işlənməsi üçün imkanlarımız var", - B.Muradova əlavə edib. Вернуться назад |