Главная > Manset / Dünya > İqor Klimenko: Rusiyanın Ukraynaya kütləvi aviazərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb

İqor Klimenko: Rusiyanın Ukraynaya kütləvi aviazərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb


6-06-2025, 08:00. Разместил: azadses
İyunun 6-na keçən gecə Rusiyanın kütləvi hücumu nəticəsində Ukraynada 3 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Bu barədə “Report” Ukraynanın daxili işlər naziri İqor Klimenkonun teleqram səhifəsindəki paylaşımına istinadən xəbər verir.

“Rusiyanın dünənki gecə hücumu nəticəsində Ukraynada 3 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb”, - o qeyd edib.

Nazirin sözlərinə görə, Kiyevə edilmiş hücumda yanğın zamanı zərərçəkənlərə köməklik göstərən Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) 3 xilasedicisi ölüb. Xidmətin daha 9 əməkdaşı yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Daha əvvəl Kiyevin meri Vitali Kliçko paytaxtda 4 nəfərin öldüyü barədə məlumat vermişdi.

Eyni zamanda Ternopol, Lutsk, Çerniqov və Kremençuqda da xəsarət alanlar var.


Вернуться назад