Главная > Manset / Cəmiyyət > Anar Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
Anar Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək10-06-2025, 08:00. Разместил: azadses |
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 20-də Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Vətəndaşlar 10 - 12 iyun tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. Вернуться назад |