Главная > Manset > Zakir Həsənov: "Tankçılarımız artıq öz məharətlərini göstərib"

Zakir Həsənov: "Tankçılarımız artıq öz məharətlərini göstərib"


5-09-2020, 15:12. Разместил: azadses
"Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
"Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib", - o bildirib.
Qeyd edək ki, Rusiyada səfərdə olan Z.Həsənov "Tank biatlonu" Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

Вернуться назад