Главная > Manset > Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü12-12-2019, 23:06. Разместил: azadses |
Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb. Nazirlikdən verilən məlumata görə görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Latviya Prezidenti cənab Eqils Levitsin diqqətinə çatdırıb. Latviya Prezidenti, öz növbəsində ən xoş arzularıvə salamlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Вернуться назад |