Главная > Manset > Kəndlərimiz işğaldan azad olundu, yüksəkliklər geri qaytarıldı - ORDUMUZDAN MÜJDƏ

Kəndlərimiz işğaldan azad olundu, yüksəkliklər geri qaytarıldı - ORDUMUZDAN MÜJDƏ


27-09-2020, 13:26. Разместил: azadses
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir. 
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir. 
 H. Hacıyev bildirib ki, hərbi sirr olduğunu nəzərə alaraq əməliyyatlarla bağlı geniş məlumat verə bilmir:
 
"Amma yaxın zamanda ölkə ictimaiyyəti də məlumatlandırılacaq". 
 
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ordumuzun uğurlu əks həmləsi zamanı işğal altında olan bir neçə kəndlərimiz azad olunub.
 
O, cəmiyyəti rəsmi mənbələrdən məlumat almağa çağırıb. Ermənistan mətbuat orqanlarına inanmamağa, təxribata uymamağa səsləyib.
 
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə bildirib ki, Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri işğaldan azad edilib.


Вернуться назад