Главная > Manset > "Gelandevagen"i helikopterdən atdılar VİDEO

"Gelandevagen"i helikopterdən atdılar VİDEO


20-12-2019, 14:25. Разместил: azadses
300 metrdən düşən maşın metal yığınına dönüb
Rusiyada göydən "Mercedes Gelandewagen" düşüb. Sözün əsl mənasında.
Kareliyada Moskva sakini olan iki nəfər bu addımı atıb. Yüksəklikdən atılan maşının görüntüləri sosial şəbəkələrdə yayılıb. 
Videoda görünür ki, "Mi-8" helikopteri zəncirlə bağlanan "Gelandevagen"i havaya qaldırır. Müəyyən yüksəklikdən sonra maşına bağlanan zəncirlər açılır. 
İddiaya görə, moskvalılar 20 dəqiqəlik uçuş üçün 250 min rubl ödəyiblər. Onların bu presedentsiz addımı atmasına səbəb isə girdikləri mərc olub.
1995-ci il buraxılışı olan maşının qalıqları isə metal qəbulu məntəqəsinə verilib. 300 metrdən uçuş zolağı yaxınlığına düşən maşının qiyməti 1 milyona yaxındır. 




Вернуться назад