Главная > Manset > “Nəsimi” filmi yeni versiyada təqdim ediləcək

“Nəsimi” filmi yeni versiyada təqdim ediləcək


20-12-2019, 14:28. Разместил: azadses
Filmə dekabrın 20-də "Nizami" kinoteatrında baxış təşkil ediləcək
Ustad İmadəddin Nəsimi haqqında “Azərbaycanfilm”də ekranlaşdırılan “Nəsimi” filmi bərpa edilib.
Azadəsə xəbər verir ki İstiPress-ə bu barədə “Balans” Milli Rəqəmsal Bərpa studiyasından məlumat verilib. Film şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə yenilənib. “Nəsimi” filminin Balans studiyasında yenilənmiş versiyasına dekabrın 20-də saat 19:00-da "Nizami" kinoteatrında baxış təşkil ediləcək.
Xatırladaq ki, tammetrajlı bədii filmi İsa Hüseynovun senarisi ilə rejissor Həsən Seyidbəyli 1973-cü ildə ekranlaşdırıb.
Əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və başqaları çəkiliblər.
Onu da qeyd edək ki, balans studiyası bundan əvvəl Tofiq Tağızadənin “Mateo Falkone”, Ağarza Quliyevin “Ulduz” bədii filmlərini bərpa edib.
Вернуться назад