Главная > Manset > Sabahdan qış başlayır

Sabahdan qış başlayır


21-12-2019, 11:08. Разместил: azadses
22 dekabrda ən uzun gecə olacaq
Sabah Azərbaycana qış fəsli daxil olacaq. Qış fəsli Bakı vaxtı ilə saat 08:19-da ölkəyə daxil olacaq. Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.
Dekabrın 22-də gecə həm də Çillə gecəsidir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir.
Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, ufuqda üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. 
Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir.
Qoz (cəviz) halvası, kök (həvic) halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır.




Вернуться назад