Главная > Mədəniyyət > Nailə Mirməmmədli dəfn olundu

Nailə Mirməmmədli dəfn olundu


4-01-2021, 16:09. Разместил: azadses
Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.

“Azad Səs” xəbər verir ki, mərhumla vida mərasimində onun yaxınları, sənət dostları və tələbələri iştirak edib.

Vida mərasimindən sonra o, Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb.

Xatırladaq ki, N.Mirməmmədli 59 yaşında bu gün səhər saatlarında qəfil ürək tutmasından vəfat edib.


Вернуться назад