Главная > Mədəniyyət > "Kimə söz deyirsən deyir ki, mənlik deyil, oralıqdır" - Afaq Bəşirqızı
"Kimə söz deyirsən deyir ki, mənlik deyil, oralıqdır" - Afaq Bəşirqızı9-01-2021, 16:11. Разместил: azadses |
Mədəniyyət nazirinin birinci müavini olan Anar Kərimov nazir vəzifəsinə təyin edildi. Bundan sonra incəsənət nümayəndələrini bir sual maraqlandırır. Görəsən incəsənət aləmində olan problemlər bundan sonra həll yolunu tapacaqmı? ''Azad Səs'' xəbər verir ki, mövzu ilə bağlı xalq artisti Afaq Bəşirqızının fikirlərini bildirib. “Mədəniyyət sahəsində yenilik təbii ki, nazirimizin konsepsiyasında, planında var. O, özü nəyi necə edəcəyini bilir. Yeni islahatlarla bağlı heç nə deyə bilmərəm. Ancaq bu sahədə olan əyri əksikliklər göz qabağındadır, bu problemləri bütün aləm bilir, təkcə Mədəniyyət xadimlərindən başqa. Hər halda Mədəniyyət nazirimiz bunları bilir və görür. Hesab edirəm ki, müavin təyin oldunduğu zamanda mədəniyyət sahəsi ilə geniş tanış olmağa imkan əldə edib. Bu sahədə olan əyri əksiklikləri də, müvəffəqiyyətləri də görüb. Əvvəllər bu sahədə komissiya fəaliyyət göstərirdi. Belə ki, bu komissiyanın tərkibində tanınmış mədəniyyət xadimləri vardı, onlar incəsənət aləmində fəxri adların verilməsində, mükafatlandırılmalarda, incəsənət xadimi haqqında son qərarı həmin komissiya verirdi. Ancaq indi bir çox işlər kimi bu da Mədəniyyət Nazirliyindən uzaq düşüb. Kimə söz deyirsən deyir ki, mənlik deyil, oralıqdır. Bilmirsən ki, dərdini kimə danışasan. Mədəniyyət Nazirliyinin bütün səlahiyyətlərinin özünə qaytarılmasını istərdim. Belə ki, nazirliyin səlahiyyətləri bərkisin, incəsənət xadimləri də bunu dəstəkləsin. Bu çox çətin sahədir. Hazırda Mədəniyyət naziri olmaq böyük bir məsuliyyətdir. Bu işdə nazirə can sağlığı və müvəffəqiyyətlər arzu edirəm. Bir də Mədəniyyət xadimləri ilə əlaqədə olmasını diləyirəm. Çünki mədəniyyət xadimi bir sözü irəli sürəndə bəhrəli olur. Mədəniyyət bağdırsa mədəniyyət işçiləri onun bağbanıdır. Bu sahədə bar əldə etmək üçün bağbanla məsləhətləşməkdə fayda var”. Moderator.az Вернуться назад |