Главная > Mədəniyyət > “Atamın məzarını dəyişmişəm, bir az köhnə idi” - Nadir

“Atamın məzarını dəyişmişəm, bir az köhnə idi” - Nadir


6-02-2021, 12:06. Разместил: azadses
“Çoxları tənə edirdi ki, Nadirin atasının başdaşı köhnədir. Möminlər dedi ki, başdaşını dəyişmək düzgün deyil”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişinin qonağı olan zaman deyib.
 
İfaçı bir neçə gün öncə atasının məzar daşını dəyişdiyini bildirib:
 
“Hər kəsin ata-anası özünə görə yaxşıdır. Mənim üçün isə tamam başqadır.
 
Övlad da, bacı da, qardaş da sağ olsun. Lakin yaşlandıqca ana, atanı daha çox istəyirsən. Bu yaxınlarda xəstələndim, ən çox anamı axtardım. Hətta huşumu itirmişdim.
 
Sevinc deyir ki, ananı çağırırdın, qışqırırdın. Atamın məzarını dəyişmişəm, bir az köhnə idi. Rəhmətə gedəndə, kasıb idik, ucuz başdaşı düzəltdirdik.
 
Zaman keçdi, çoxları tənə edirdi ki, Nadirin atasının başdaşı köhnədir. Möminlər dedi ki, başdaşını dəyişmək düzgün deyil. Amma bizim insanları bilmirsiz? İki gün olar, gedib, məzarını yeniləmişəm”.
 
Nadir efirdən vəsiyyətini də səsləndirib:
 
“Ata, anamın yanında oğlum yatır.
 
Vəsiyyət etmişəm ki, atamın, anamın, övladım yanında torpağa tapşırsınlar məni”.

Вернуться назад