Главная > Mədəniyyət > "Space"dəki bu veriliş də BAĞLANDI

"Space"dəki bu veriliş də BAĞLANDI


10-02-2021, 13:35. Разместил: azadses
Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.

''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, V.Mustafayevin müəllifi olduğu "Sadə Həqiqətlər" verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.

Qeyd edək ki, "Sadə Həqiqətlər" verilişi hər həftənin cümə günü saat 22:00-da Space Televiziyasında yayımlanırdı.


Вернуться назад