Главная > Mədəniyyət / Manset > Əlibaba Məmmədov dünyasını dəyişdi
Əlibaba Məmmədov dünyasını dəyişdi25-02-2022, 21:33. Разместил: admin |
Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib. Bu barədə məlumat "Azadsəs.az"a daxil olub. Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib. Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib. 1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb. Вернуться назад |