Главная > Mədəniyyət / Manset > Rusiyanın ən məşhur aparıcısı qazanc dalınca başqa ölkəyə gedir

Rusiyanın ən məşhur aparıcısı qazanc dalınca başqa ölkəyə gedir


5-05-2022, 20:39. Разместил: admin
Şoumen və televiziya aparıcısı İvan Urqant yenə Rusiyanı tərk etməyi planlaşdırır.

Jurnalistlərin verdikləri xəbərə görə, Urqant öz həmkarları Dmitri Xrustalyov, Alla Mixeyeva və “Fruktı” qrupu ilə birgə Avropaya qazanc dalınca getməyi düşünür. Artistlər Almaniyada “Veçerniy Urqant”ın səhnə versiyasını təqdim edəcəklər. Biletlərin qiymətləri isə 39 avrodan (2838 rubl) başlayaraq 150 (10  917) avroya qədərdir.

Bundan əvvəl Urqant öz ailəsi ilə İsrailə səfər etmişdi və bu zaman Rusiya ictimaiyyəti teleaparıcının ölkəni tərk etdiyi qənaətinə gəlmişdi. Lakin Urqant tezliklə Rusiyaya geri dönmüşdü.
Вернуться назад