Главная > Mədəniyyət > DiKaprio “Apple” ilə ortaq filmlər çəkəcək
DiKaprio “Apple” ilə ortaq filmlər çəkəcək4-08-2020, 13:18. Разместил: azadses |
Hollivud aktyoru Leonardo DiKaprio tərəfindən qurulan “Appian Way Productions” prodüserlik şirkəti “Apple” korporasiyası ilə birgə film və teleseriallar çəkilməsi ilə bağlı müqavilə bağlayıb. “Azad Səs” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb. Məlumata görə, “Apple” artıq DiKaprio və Robert De Nironun baş rollarını ifa etdiyi, Martin Skorsezenin rejissoru olduğu “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) filminin ərsəyə gəlməsi üçün 200 milyon ABŞ dolları sərmayə qoyub. Bundan əlavə, korporasiya Elizabet Mossun baş rolda oynadığı və “Appian Way Productions”ın prodüserlik etdiyi “Parlayan qızlar” (The Shining Girls) serialının ərsəyə gəlməsində də iştirak edəcək. Nəşr qeyd edir ki, iki şirkətin əməkdaşlığı bu layihələrlə bitməyəcək. “Appian Way Productions” üçün bu müqavilə teleserialın çəkilişi sahəsində bir ilk olacaq. Filmlərin istehsalına gəlincə, şirkət daha əvvəl “Paramount Pictures” və “Warner Bros” kinostudiyaları ilə sazişlər imzalamışdı. Вернуться назад |