Главная > Mədəniyyət > Məşhur aktrisadan İDDİALI AÇIQLAMA: "Hər kəs namusludursa..-VİDEO

Məşhur aktrisadan İDDİALI AÇIQLAMA: "Hər kəs namusludursa..-VİDEO


11-08-2020, 16:41. Разместил: azadses
Aktrisa Tuvana Türkay aktyor Selçuk Yöntemlə fotosunu paylaşdıqdan sonra onunla sevgili olması barədə yayılan iddialara cavab verib.

Azad Səs Publika.az-a istinadən xəbər verir ki, Nişantaşında restorandan çıxarkən görüntülənən aktrisa jurnalistlərin suallarını cavablandırıb.


O, Selçuk Yöntemlə sevgili olmadığını bildirib: “Selçuk abi çox gözəl açıqladı. Çünki narahat oldum. Bu vəziyyəti insanların xəstə düşüncələri ilə əlaqələndirirəm. Həyatımda heç nəyi kiməsə görə qərarlaşdırmıram. Hər kəs ağlını və şəxsi namus qavrayışını dəyişdirsin. Hər yazılana cavab verməliyik? İnsanların minbir dərdi var. İki gündür böyrək qumu tökürəm. Yıldız Tilbenin gözəl bir sözü var. Deyir, hər kəs namusludursa, kimsə kimsənin burnuna baxmasın” , - aktrisa açıqlamasında bildirib.

Müğənniliyə başlayan məşhur daha sonra sevgilisi olmamasından şikayətlənib: “Həyatımda heç kim yoxdur. Olması üçün əlimdən gələni edirəm, amma olmur. Həyat tərzimə uyğun birinin məni tapması üçün dua edirəm”.

 
Вернуться назад