Главная > Mədəniyyət > Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planı hazırlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planı hazırlanıb


28-11-2023, 21:17. Разместил: azadses
"Hazırda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planının təsdiqi ilə məşğuluq".

"Report" xəbər verir ki, bunu agentliyin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, təhsilalanların nailiyyətlərin izlənilməsi, peşəkar təhsilverənlərin formalaşdırılması, şəffaf idarəetmənin tətbiqi və müasir təhsil infrastrukturunun yaradılması əsas hədəflərdəndir.

E.Bağırov vurğulayıb ki, son illər məktəb tikintisi ilə bağlı bir çox işlər görülüb: "Təhsil müəssisələrində təmir-tikinti işlərinin prioritetlər üzrə aparılması gələn il üçün qarşımızda qoyulan fəaliyyət istiqamətlərindən olacaq".


Вернуться назад