Главная > Mədəniyyət > Rus repçi məşhur meyxananı oxudu - VIDEO

Rus repçi məşhur meyxananı oxudu - VIDEO


6-12-2019, 14:12. Разместил: azadses
Doni "İnstagram" səhifəsində Elsevərin adını “tag” edib
“Black Star” musiqi şirkətinin siması, Rusiyanın tanınmış repçisi Doni meyxanaçı Elsevər Qəmlinin mahnısını ifa edib.
IstiPress-in məlumatına görə, o, həmyerlimizin “Youtube”da 6 milyona yaxın baxış toplayan “У моей девушки день рождения” mahnısını repertuarına daxil edib. Doni instaqram səhifəsində Elsevərin adını “tag” edərək mahnını başqa bir tərzdə səsləndirdiyini vurğulayıb:
“Bu mahnını bəziləri öz tərzində ifa edib. Lakin mən qərara gəldim ki, bu işə başqa tərəfdən yanaşım. Bəstənin əsl müəllifini tapmaq və onunla əlaqə saxlamaq, eləcə də birlikdə işləmək imkanım oldu. Nəticədə, trek yüksək keyfiyyətdə işıq üzü gördü”. 



Вернуться назад