Главная > Mədəniyyət > “10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”
“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”22-10-2020, 09:49. Разместил: azadses |
Məşhur müğənni-bəstəkar Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışıb. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə paylaşımlar edən sənətçi bu mövzuda növbəti dəfə Türkiyə KİV-nə danışıb. İfaçı ermənilərin mülki şəxsləri qətlə yetirməsini qınayıb: “Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb “azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır”. Вернуться назад |