Главная > --- > Şəmkirdə minik avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanları FHN əməkdaşları çıxarıblar

Şəmkirdə minik avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanları FHN əməkdaşları çıxarıblar


2-01-2023, 11:41. Разместил: admin
Şəmkirdə minik avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanları FHN əməkdaşları çıxarıblar

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində xəsarət alanlar zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.
Вернуться назад