Главная > Siyasət > Rusiya XİN-dən Naxçıvanla bağlı AÇIQLAMA

Rusiya XİN-dən Naxçıvanla bağlı AÇIQLAMA


10-12-2020, 17:07. Разместил: azadses
“İqtisadi əlaqələrin bərpa olunması, yeni kommunikasiyaların inşası uzun prosesdir. Bu prosesə çoxlu profil strukturlarının cəlb olunması lazımdır. Bununla yanaşı, başlıca məsələlər Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən həll olunacaq. Bildiyimiz qədər konflikt sonrası dövrdə baş verəcək problemlərə reaksiya vermək üçün xüsusi mərkəz formalaşdırılıb”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, nəqliyyat əlaqəsinin bərpa olunması bu gün daha perspektivli istiqamət kimi görünür: “Rusiyalı mütəxəssislərin vasitəsilə Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına, eləcə də Ermənistanın sərhədyanı məntəqələrində yerləşən dəmir yolu xətlərinə ilkin baxış keçirilib”.

Вернуться назад