Главная > Siyasət > Prezident sərəncamı ləğv etdi

Prezident sərəncamı ləğv etdi


14-12-2020, 15:12. Разместил: azadses
Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, sərəncamla “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1192) ləğv edilib.

Вернуться назад