Главная > Siyasət > Bu rayonlarımızdan xeyli sayda erməni hərbçisinin CƏSƏDİ TAPILDI

Bu rayonlarımızdan xeyli sayda erməni hərbçisinin CƏSƏDİ TAPILDI


18-12-2020, 14:05. Разместил: azadses
İşğaldan azad olunmuş Azərbaycan rayonları Füzuli, Cəbrayıl və Xocavəndin Ağoğlan (Hadrut) bölgəsində aparılan axtarışlar zamanı daha 35 erməni hərbçinin və bir mülki şəxsin qalıqları tapılıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Qarabağdakı keçmiş qondarma rejimin fövqəladə hallar üzrə dövlət xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan bildirib.

Mövcud məlumatlara görə, bu günə qədər ümumilikdə, 969 erməninin qalıqları tapılıb.

Axtarışda itkin düşən əsgərlərin yaxınları və ərazi ilə tanış olan könüllülər iştirak edir.

Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2 min 996 hərbçi cəsədinin məhkəmə tibbi ekspertizasına aparıldığını bildirmişdi.


Вернуться назад