Главная > Siyasət > "Türkiyə ilə strateji müttəfiqliyi daha da gücləndirməliyik" - POLİTOLOQ

"Türkiyə ilə strateji müttəfiqliyi daha da gücləndirməliyik" - POLİTOLOQ


19-12-2020, 12:40. Разместил: azadses
"İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq müstəvidə dövlətlərlə münasibətlərdə Azərbaycanın müəyyən dəyişikliklər edəcəyi ehtimalı ortaya çıxdı. Əvvəla, strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın zəfər qazanması ilə siyasi və iqtisadi baxımdan bu dividendlərdən daha optimal şəkildə yararlanacağı aydındır".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib. O deyib ki, Ermənistanla, onun arxasında açıq və ya gizli şəkildə dayanan dövlətlərlə mübarizə, bu mübarizənin Azərbaycanın güclü diplomatiya, hərbi qüdrəti sayəsində şanlı qələbə ilə nəticələnməsi də beynəlxalq münasibətlərdə yeni istiqamətlərdən xəbər verir:

"Çünki, dünya nizamında önəmli olan iki faktordan başlıcası hərbi gücdür. İqtisadi gücümüzün isə təməli müharibədən öncə fundamental əsaslarla qoyulmuşdu. Vətən müharibəsi bir daha bizə əsl dostları və bədxahları göstərdi. Qardaş Türkiyə həm siyasi, həm mənəvi cəhətdən Azərbaycanın yanında dayandı, bütün imkanları ilə dəstək olacağını ən yüksək tribunalarda səsləndirdi. Bundan sonra da Türkiyə ilə birbaşa strateji müttəfiqliyi daha da gücləndirməliyik. Bu, Avropada kimlərisə narahat edə bilər. Amma bizim xarici siyasətimizə bunun qətiyyən təsiri olmamalıdır. 

Türkiyədən əlavə, digər dəstəkləyən dövlətlərlə də, xüsusən Pakistanla daha sıx əməkdaşlıq həyata keçirməliyik.Həmçinin, digər Türk dövlətləri də açıq şəkildə Azərbaycanı dəstəklədi. Bu amil də göstərdi ki, Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək. Bir sözlə, Vətən müharibəsindən sonrakı diplomatiyamızda yeni perspektivlər görünməkdədir".

Вернуться назад