Главная > Siyasət > Rusiyada 20 Yanvar qırğınını törədənlərdən biri öldü - SSRİ-nin son marşalı

Rusiyada 20 Yanvar qırğınını törədənlərdən biri öldü - SSRİ-nin son marşalı


25-02-2020, 11:08. Разместил: azadses
Dmitri Yazov Vilnüsdə törədilən qırğında da ittiham edilirdi
SSRİ-nin sabiq müdafiə naziri, son marşalı Dmitri Yazov vəfat edib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. 
Yazov fevralın 25-də 96 yaşında uzunmüddətli və ağır xəstəlikdən sonra ölüb. 
Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu sovet komandanıdır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.
Xatırladaq ki, Yazov 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilərək dinc əhaliyə qarşı törədilən qırğına rəhbərlik edən əsas şəxslərdən biri olub. 
1990-cı ildə Sovet İttifaqı Marşalı hərbi rütbəsinə layiq görülüb.
Bir neçə il öncə Litvanın Vilnüs şəhər dairə məhkəməsi Yazovu 10 il müddətinə azadlıqdan məhrum edib. Bu qərar 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə qəbul edilmişdi. 
Məhkəmə onu hərbi cinayətlərlə, bəşəriyyətə qarşı törədilən cinayətdə günahkar bilib.  1991-ci il 13 yanvar hadisələrində 14 silahsız insan qətlə yetirilib, 31 nəfər ömürlük şikəst qalıb, 1000-dən çox insan isə yaralanıb.




Вернуться назад