Главная > Siyasət / Manset > Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ

Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ


24-04-2021, 13:00. Разместил: azadses
“ABŞ-ın hazırki prezidenti Co Bayden Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Defense One” mətbu orqanında dərc edilən məqaləsində qeyd edilib.
O bildirib ki, Azərbaycan və Ermənistanın 44 gün davam edən Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçsə də, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minlararın xəritəsini təqdim etməkdən boyun qaçırır:
“Bu da günahsız insanları ölümə məhkum etməkdir. 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki şəxsi Qarabağda mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb. Orada mina partlaması nəticəsində həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönməyə tələsən məcburi köçkünlərdir”.
Səfir qeyd edib ki, beynəlxalq ictimaiyyətin susması Ermənistanı piyada və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb:
“ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərimizdəki minaların xəritələrini təqdim etməyə məcbur etməlidir. Mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl yaradır”.

Вернуться назад