Главная > Siyasət > Azər Qasımlı ReAl-dan istefa verməsinin səbəbini açıqlayıb
Azər Qasımlı ReAl-dan istefa verməsinin səbəbini açıqlayıb6-11-2019, 13:48. Разместил: azadses |
"İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın". APA-nın məlumatına görə, bu sözləri ReAl Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O, ReAl-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib. "Mən görürdüm ki, baş verən proseslər ReAl-ı iki yerə parçalayacaqdı, iki ReAl yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAl-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb. O, İ. Məmmədovun ReAl-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAl-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAl-da avtoritar rejim formalaşıb". A. Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib. İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb. *** 11.24 Azər Qasımlı ReAl Partiyasından istefa verib. APA-nın xəbərinə görə, REAl Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçiridiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb. Вернуться назад |