Главная > Siyasət / Manset > Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü - Foto

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü - Foto


27-11-2021, 17:42. Разместил: admin
Qeyd edək ki, bu gün Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilir.

***

XİN Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun görüşünə dair məlumat yayıb.

Bildirilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Вернуться назад