Главная > Siyasət / Dünya / Manset > Azərbaycan hərbi qulluqçumuza hücum zamanı zərərsizləşdirilən diversantın cəsədini Ermənistana təhvil verdi

Azərbaycan hərbi qulluqçumuza hücum zamanı zərərsizləşdirilən diversantın cəsədini Ermənistana təhvil verdi


5-12-2021, 09:18. Разместил: admin
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.
Вернуться назад