Главная > Siyasət / Dünya > Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərmək niyyətindədir
Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərmək niyyətindədir9-12-2021, 09:21. Разместил: admin |
![]() “Azadsəs.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın “Antenna” (ANT1) telekanalına müsahibəsində deyib. "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik ki, bəli", - Peskov bildirib. Kreml sözçüsü qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə maraqlıdır: “Vaşinqton öz məhdudiyyətləri ilə heç vaxt heç bir ölkəni fikrini dəyişməyə məcbur edə bilməyib”. O əlavə edib ki, Moskva ilə Ankaranın əməkdaşlığı heç bir dövlətə, o cümlədən Yunanıstana təhlükə yaratmır. Вернуться назад |