Главная > Siyasət / Manset > KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək

KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək


12-01-2022, 20:21. Разместил: admin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası yanvarın 13-ü keçiriləcək.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsi müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, iclasda KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoliy Sidorov və KTMT-nin Baş katibinin müavini Tahir Xayruloev da iştirak edəcək.
Вернуться назад