Главная > Siyasət / Manset > Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verdi


10-02-2022, 21:41. Разместил: admin
Minsk Dnepr şəhərində Belarusun dövlət bayrağının ağ-qırmızı-ağ kətanla əvəzlənməsi ilə bağlı Kiyevə etiraz notası göndərib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Belarus səfirliyinin saytında məlumat verilib.

Fevralın 9-da Dnepr şəhərinin meri Boris Filatov meriyanın qarşısındakı bayraq dirəyində asılmış Belarus bayrağının Belarusdakı etirazların simvollarından biri olan ağ-qırmızı-ağ rəngli kətanla əvəz edildiyini açıqlayıb.Onun sözlərinə görə, bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna haqqında dediyi “manipulyasiya xarakterli bəyanatlar, təhdidlər və cəfəngiyatlardan” sonra edilib.

Xəbərdə qeyd olunur ki, Dnepr meriyası səfirin “vandalizm” faktı ilə bağlı müraciətinə cavab vermədiyi üçün Ukrayna Xarici İşlər Nazirliyinə nota göndərilib və bu notada Ukrayna tərəfinə kəskin etiraz edilib.

Minskin fikrincə, bayraqla bağlı insident suveren Belarus xalqına qarşı qeyri-dost münasibətin kinli təzahürü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır.

Belarus tərəfi Belarus Respublikasının Dövlət bayrağının qoyulduğu yerə qaytarılmasını, rəsmi üzr istənilməsini və xarici dövlətin rəsmi rəmzlərinin təhqir olunması ilə bağlı araşdırma aparılmasını tələb edib.
Вернуться назад