Главная > Siyasət / Manset > Azərbaycanlı deputatlar İrəvana gedir

Azərbaycanlı deputatlar İrəvana gedir


21-02-2022, 13:48. Разместил: admin
Milli Məclisin deputatları Ermənistan paytaxtı İrəvana səfər edəcəklər.

“Azadsəs.az” xəbər verir ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Вернуться назад