Главная > Siyasət / Manset > “Danışığınıza fikir verin, cənablar!” - Medvedyevdən sərt xəbərdarlıq

“Danışığınıza fikir verin, cənablar!” - Medvedyevdən sərt xəbərdarlıq


1-03-2022, 20:06. Разместил: admin
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ölkəsini iqtisadi müharibə ilə təhdid edənlərə sərt cavab verib.

“Azadsəs.az” xəbər verir ki, Rusiyanın sabiq Prezidenti öz tviter hesabında hamını ölkəsinə qarşı sərgilədiyi mövqedə diqqətli olmağa çağırıb.

“Orada hansısa fransalı nazir bu gün bildirib ki, onlar bizə iqtisadi müharibə elan ediblər. Danışığınıza fikir verin, cənablar! Unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr tez-tez əsl müharibəyə dönüşürdü”, - deyə Medvedyev yazıb.

Qeyd edək ki, Fransanın Maliyyə Nazirliyi bu gün məlumat yayaraq qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı total iqtisadi və maliyyə müharibəsi aparacaq.
Вернуться назад