Главная > Siyasət > "Bayram gedib, Şuşanı ermənilərdən alandı?" — İcra başçısı “andiçmə” şousundan DANIŞDI

"Bayram gedib, Şuşanı ermənilərdən alandı?" — İcra başçısı “andiçmə” şousundan DANIŞDI


21-05-2020, 11:55. Разместил: azadses
Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousuna münasibət bildirib.

Unikal.org-a açıqlama verən Bayram Səfərov ermənilərin Şuşada “andiçmə” mərasimi keçirməsini pisləyib:

"Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar. Hərə Allahdan, bəndədən qorxmayıb ağlına gələni deyirlər. Hər birimizin dərdi birdir. Qarabağla bağlı Cənab prezidentdən güclü siyasət aparan var?! Ölkə başçısı nə qərar qəbul edirsə, biz şuşalılar da onun fikirlərini dəstəkləyirik. Ali Baş komandan əmr versə ki, torpaqlarımızı işğaldan azad olunması ilə bağlı müharibə edək ora yüyürəcəyik. Döyüş lazımdırsa döyüş, sülh lazımdırsa sülh olacaq!".

Вернуться назад