Главная > Siyasət / Manset > Beş dünya lideri Ukraynanı müzakirə etdi

Beş dünya lideri Ukraynanı müzakirə etdi


22-03-2022, 14:23. Разместил: admin
ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri Ukraynadakı müharibəni müzakirə edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

“Onlar Ukraynaya verdikləri davamlı dəstəyi, həmçinin öz ölkəsini Rusiya təcavüzündən müdafiə edən cəsur ukraynalılara təhlükəsizlik yardımı və zorakılıqdan qaçan milyonlarla ukraynalıya humanitar yardım göstərdiklərini qeyd ediblər”, - deyə Ağ Evin yaydığı məlumatda bildirilir.

Liderlər, həmçinin atəşkəslə bağlı Ukraynaya dəstək məqsədilə diplomatik səyləri nəzərdən keçiriblər.
Вернуться назад